Amerikanın Abrams tanklarının ilk partiyası Ukraynaya çatdırılıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “The New York Times” nəşri məlumat yayıb.
Nəşr qeyd edib ki, Kiyev əks-hücum zamanı tanklardan istifadə edə biləcək.
Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov bəyan edib ki, Abrams “çox konkret, yaxşı düşünülmüş əməliyyatlar üçün” istifadə edilməlidir.
Tankların sayı ilə bağlı hələlik rəsmi məlumat yoxdur.
Həmçinin, “Politico” nəşri də məlumat verir ki, ilk partiya 6-8 tankdan ibarət olmalıdır.
Ümumilikdə isə ABŞ 31 tank göndərəcəyini vəd edib.