ABŞ bu məsələdə HƏMAS-ı günahlandırdı

abs-bu-meselede-hemas-i-gunahlandirdi
Oxunma sayı: 1320

“HƏMAS radikal hərəkatı səbəbindən Qəzza zolağında döyüşlər yenidən başlayıb”.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bunu ABŞ-nin dövlət katibi Antoni Blinken deyib.

“Atəşkəsin niyə bitdiyini anlamaq da vacibdir. HƏMAS-a görə sona çatdı. Məsuliyyətlərindən əl çəkdilər. Əslində, hələ atəşkəs bitməmişdən əvvəl”, - diplomat bildirib.

Onun sözlərinə görə, HƏMAS Qüdsdə dəhşətli terror aktı həyata keçirib və hələ atəşkəs bitməmiş raket atmağa başlayıb.