ABŞ bu ölkələrə silah satışını dayandırdı

abs-bu-olkelere-silah-satisini-dayandirdi
Oxunma sayı: 3078

ABŞ Prezidenti Co Baydenin administrasiyası Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) və Səudiyyə Ərəbistanına silah satışını müvəqqəti qadağan edib.

”Qafqazinfo” xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.

Məlumata görə, Ağ Ev BƏƏ-yə dəqiq təlimatlı döyüş sursatının, Səudiyyə Ərəbistanına isə F-35 qırıcılarının satılması məsələsinə yenidən baxmağı planlaşdırır.