ABŞ Çindən gələn məhsullara 100 faiz rüsum tətbiq edəcək

abs-cinden-gelen-mehsullara-100-faiz-rusum-tetbiq-edecek
Oxunma sayı: 849

ABŞ Prezidenti Donald Tramp Çindən ABŞ-yə idxal olunan məhsullara əlavə 100 faiz tarif tətbiq ediləcəyini bəyan edib.

“Qafqazinfo” xəbər verir ki, Tramp bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

Onun sözlərinə görə, qərar noyabrın 1-dən etibarən qüvvəyə minəcək.

Prezident bu addımın Çinin nadir torpaq elementlərinin ixracına nəzarət tətbiq etməsinə cavab olaraq atıldığını bildirib.