Şəki rayonu ərazisində d-57 mm-lik orta təzyiqli qaz xəttində aşkarlanan qaz sızmasının ləğvi ilə əlaqədar olaraq 06.03.2026-cı il tarixdə saat 16:45-dən etibarən Sarıtorpaq, M.F.Axundov, Əzizbəyov, Haqverdiyev, Giləhli, Ş.Axundova, Əfqanlar, Otaqeşiyi küçələri (Ümumi olaraq Şəki şəhərinin Yuxarı Baş adlanan ərazisi) cəmi 3200 abonentin qaz təchizatı daxildən dayandırılıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Zaqatala Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.
Bildirilib ki, təmir işləri aparıldıqdan sonra qazın verilməsi bərpa olunacaqdır.
Son xəbərlər
Son Xəbərlər