Kənd təsərrüfatı naziri Məcnun Məmmədov martın 12-i saat 09:00-da Ağdam Kamp Oteldə Ağdam, Füzuli və Xocavənd rayonlarından olan vətəndaşları qəbul edəcək.
“Qafqazinfo” xəbər verir ki, qəbul zamanı bu rayonlardan olan vətəndaşların Kənd Təsərrüfatı Nazirliyinin səlahiyyət dairəsinə aid məsələlərlə bağlı müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.
Vətəndaş qəbulunda iştirak etmək istəyən Ağdam, Füzuli və Xocavənd rayonlarının sakinləri Ağdam DAİM-ə (051-950-24-29) müraciət edə bilərlər.
Həmçinin qəbula yazılmaq üçün Kənd Təsərrüfatı Nazirliyinin Çağrı Mərkəzinə zəng etməklə (1652) qeydiyyatdan keçmək olar.
Qəbula gələn vətəndaşlar mütləq əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.
Son xəbərlər
Son Xəbərlər