“Napoli” və “Ayntraxt” “Qarabağ”ın legionerini istəyir

napoli-ve-ayntraxt-qarabagin-legionerini-isteyir
Oxunma sayı: 2102

“Qarabağ”ın legioneri Emmanuel Addai yeni mövsümə Top-5 liqalarından birində başlaya bilər.

“Qafqazinfo” “Football Insider”ə istinadən xəbər verir ki,  İngiltərəyənin bir sıra klubları, eləcə də İtaliyanın “Napoli” və Almaniyanın “Ayntraxt”(Frankfurt) komandaları 24 yaşlı qanalı futbolçu ilə maraqlandıqlarını bildiriblər.

Frankfurt artıq qış “transfer pəncərəsi” dövründə oyunçunu transfer etməyə çalışmışdı. 

Addainin “Qarabağ”la müqavilə müddəti mövsümün sonunda başa çatacaq.

Onun bu yay keçiriləcək dünya çempionatı üçün Qana milli komandasının heyətinə də dəvət ediləcəyi gözlənilir.