Ata-oğul dəm qazından öldü

ata-ogul-dem-qazindan-oldu
Oxunma sayı: 1521

Qaradağ rayonunda ata və oğlu dəm qazından ölüb. 

“Qafqazinfo” xəbər verir ki, hadisə martın 6-sı saat 16 radələrində qeydə alınıb.

1983-cü il təvəllüdlü Ruslan Məmmədov və 16 yaşlı oğlu Yusif yaşadıqları evdə dəm qazından zəhərlənərək ölüblər.  

Hadisə ilə bağlı rayon prokurorluğu tərəfindən araşdırma aparılır.