Ceyhun Bayramov Türkiyəyə getdi

ceyhun-bayramov-turkiyeye-getdi
Oxunma sayı: 902

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyəyə səfərə gedib.

XİN-dən “Qafqazinfo”ya bildirilib ki, martın 7-də xarici işlər naziri Ceyhun Bayramov İstanbul şəhərinə işgüzar səfərə yola düşüb.

Səfər çərçivəsində xarici işlər nazirinin Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclasında iştirakı və çıxışı nəzərdə tutulub.

Nazir Ceyhun Bayramovun həmçinin yüksək səviyyəli ikitərəfli görüşlərinin keçirilməsi planlaşdırılıb.