ABŞ Prezidenti Donald Tramp İranın gələcək idarəetmə forması və Tehranın regiondakı müttəfiqləri ilə münasibətləri barədə danışıb.
“Qafqazinfo” CNN-ə istinadla xəbər verir ki, Ağ Ev rəhbəri İranın mütləq demokratik dövlətə çevrilməsi kimi bir tələbinin olmadığını, eləcə də ölkəyə dini liderin rəhbərlik etməsinə qarşı çıxmadığını bildirib
O, əsas meyarın idarəetmə formasından çox, seçiləcək şəxsin ədalətli olması və ABŞ, İsrail, həmçinin regionun digər tərəfdaş ölkələri ilə dürüst münasibətlər qurması olduğunu vurğulayıb:
“Mən dini liderlərin bir çoxu ilə işləyirəm və onlar çox yaxşıdırlar”.
Prezident həmçinin son hərbi əməliyyatlardan sonra İranın artıq əvvəlki gücündə olmadığını və hərbi dəniz donanmasına ağır zərbələr endirildiyini iddia edib:
“ABŞ qüvvələri İranın 25-ə yaxın strateji gəmisini məhv edib. Tehranın artıq regionda təhdid yaradacaq resursları qalmayıb”.
Xatırladaq ki, fevralın 28-də başlayan hərbi əməliyyatlar nəticəsində İranın hərbi infrastrukturu və paytaxtdakı hökumət binaları ciddi ziyan görüb.
Son xəbərlər
Son Xəbərlər