ABŞ-da bir həftədə 400-dən çox insan öldürülüb

abs-da-bir-heftede-400-den-cox-insan-oldurulub
Oxunma sayı: 1239

ABŞ-da bir həftə ərzində 400-dən çox insan qətlə yetirilib.

“Qafqazinfo” “Gun Violence Archive” araşdırma təşkilatının yaydığı məlumata istinadən xəbər verir ki, ABŞ-da 17- 23 iyul tarixlərində baş vermiş silahlı insidentlər zamanı azı 430 nəfər həlak olub.

Məlumata əsasən, ölkədə qeyd edilən müddət ərzində 915 silahlı insident yaşanıb. Bir həftə ərzində bu insidentlər nəticəsində 1007 nəfər yaralanıb.

Həmçinin qeyd olunur ki, son aylar ölkədə silahlı insidentlərin sayı artır.

Təşkilatın hesablamalarına görə, ABŞ-da 2020-ci ildə müxtəlif silahlı insidentlər zamanı təqribən 43 min nəfər həlak olub. Bu il isə odlu silahdan istifadə nəticəsində 24 min nəfər həyatını itirib və bu rəqəm artmağa davam edir.

Proqnozlara görə, bu ilki yekun göstərici keçən il qeydə alınan göstəricilərdən daha çox ola bilər. 

Qeyd edək ki, “Gun Violence Archive” 2013-cü ildə təsis edilib və təqribən 6,5 min mənbədən əldə etdiyi məlumatlar əsasında gündəlik statistikanı açıqlayır.