ABŞ-da məktəbdə atışma - 1 yeniyetmə öldü

abs-da-mektebde-atisma
Oxunma sayı: 686

ABŞ-ın Arkanzaz ştatında məktəbdə atışma nəticəsində bir amerikalı yeniyetmə dünyasını dəyişib.

Bu barədə “Qafqazinfo” “Associated Press” agentliyinə istinadən xəbər verir.

Onun məlumatına görə, bazar ertəsi günü səhər saatlarında Payn-Blaff şəhərindəki orta məktəbin şagirdlərindən biri tənəffüs zamanı atəş açıb, bundan sonra gizlənməyə cəhd edib. Hadisə yerinə gələn polis əməkdaşları onu qonşu rayonların birində yaxalayıb.

İnsident nəticəsində bu məktəbin 15 yaşlı şagirdi yaralanıb, ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Bir qədər sonra o aldığı yaralardan dünyasını dəyişib. Polis istintaq aparır, atəş açanın bunu hansı səbəbdən etdiyi hələlik məlum deyil.