ABŞ-də katolik ruhanilər 2 minə yaxın uşağa təcavüz edib

abs-de-katolik-ruhaniler-2-mine-yaxin-usaga-tecavuz-edib
Oxunma sayı: 1890

ABŞ-nin İllinoys ştatında 1997 uşaq 451 katolik ruhani tərəfindən cinsi istismara məruz qalıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Forbes” nəşri məlumat yayıb.

Bildirilib ki, hadisə 1950-2019-cu illər aralığında baş verib.

Məsələ ilə bağlı ştatının Baş Prokurorluğu tərəfindən araşdırma aparılıb.

İstintaq hesabatında 451 din xadiminin adları və digər məlumatlar yer alıb.

"Katolik ruhaniləri tərəfindən uşaqlara qarşı cinsi zorakılıqdan sağ çıxanların çoxu heç vaxt ədalət əldə edə bilməyəcək. Çünki cinayət əməllərinin üzərindən xeyli vaxt keçib", - deyə ştatının Baş Prokurorluğu qeyd edib.