ABŞ-dən Gürcüstana sanksiya xəbərdalığı

abs-den-gurcustana-sanksiya-xeberdaligi
Oxunma sayı: 7695

Gürcüstanda etirazların yatırılmasına görə məsuliyyət daşıyanlar ABŞ sanksiyalarına məruz qala bilərlər.

“Qafqazinfo” xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib.

Ned Prays brifinqdə deyib: “Bizim hər hansı ölkədə hər kəsi universal insan hüququ olan şeyə müdaxilə etdiyinə görə məsuliyyətə cəlb etmək üçün bir sıra alətlərimiz var”.

Bundan əlavə, Prays görə, Gürcüstanda xarici agentlər haqqında qanunun qəbulu “Vaşinqton və Tbilisi arasında tərəfdaşlığa xələl gətirə bilər”.