Birləşmiş Ştatların ölkədəki etirazlar fonunda İrana gizli şəkildə “Starlink” peyk rabitə sistemi terminalları verdiyi bildirilir.
“Qafqazinfo” xəbər verir ki, bu haqda “The Wall Street Journal” (WSJ) məlumat yayıb.
“İran hakimiyyəti yanvar ayında interneti qəfil bağlamaqla artan iğtişaşları yatırdıqdan sonra ABŞ ölkəyə 6000-ə yaxın peyk internet dəstini qaçaq yolla gətirdi ki, bu da ABŞ-nin ilk dəfə “Starlink”i birbaşa İrana göndərməsi oldu”, - nəşr iddia edir.
Məqalədə qeyd olunur ki, bundan bir qədər əvvəl ABŞ Dövlət Departamenti İran hökumətinin əleyhdarlarına kömək etmək üçün 7 minə yaxın “Starlink” terminalı alıb.
Son xəbərlər
Son Xəbərlər