ABŞ-ın sabiq prezidenti yenidən xəstəxanaya yerləşdirildi

abs-in-sabiq-prezidenti-yeniden-xestexanaya-yerlesdirildi
Oxunma sayı: 1666

ABŞ-ın sabiq Prezidenti Cimmi Karter yenidən xəstəxanaya yerləşdirilib.

"Qafqazinfo" xəbər verir ki, ona sidik yollarının infeksiyası diaqnozu qoyulub. Hazırda Karterin vəziyyətinin yaxşı olduğu, yaxın günlərdə evə buraxılacağı bildirilir.

Qeyd edək ki, Karter iki həftə davam edən müalicədən sonra Şükranlıq Gününə bir gün qalmış Atlanta Emori Universitetinin xəstəxanasından evə buraxılmışdı. Onun kəllə beyin nahiyəsində cərrahiyyə əməliyyatı aparılmışdı.