ABŞ İsraildən hərbi əməliyyatları yeni ilə qədər bitirməyi tələb edib - KİV

abs-israilden-herbi-emeliyyatlari-yeni-ile-qeder-bitirmeyi-teleb-edib
Oxunma sayı: 894

ABŞ rəhbərliyi İsraildən Qəzza zolağındakı hərbi əməliyyatları yeni ilə qədər başa çatdırmağı tələb edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı öz mənbələrinə istinadən “The Economist” yayıb. 

Jurnal yazır ki, İsrailin Müdafiə ordusu buna baxmayaraq, hərbi fəaliyyətini davam etdirəcək. Lakin əməliyyatların intensivliyinin azaldılacağı proqnozlaşdırılır. 

Mənbənin jurnala verdiyi açıqlamaya görə, ABŞ rəhbərliyinin mövqeyini İsrailə ABŞ dövlət katibi Entoni Blinken ölkəyə bu yaxınlarda etdiyi səfər zamanı çatdırıb.