“ABŞ İsrailə lazımi sursat göndərməyə davam edir” - Netanyahu

abs-israile-lazimi-sursat-gondermeye-davam-edir
Oxunma sayı: 1660

“ABŞ administrasiyası 43 gündür İsrailə lazımi sursat göndərməyə davam edir”.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu fikirləri İsrailin Baş naziri Benyamin Netanyahu Təl-Əvivdə müdafiə naziri Yoav Gallant və hökumətin Hərbi Nazirlər Kabinetinin üzvü Benni Qantzla birgə mətbuata bəyanatla çıxışı zamanı deyib.

“Əziz dostumuz Co Baydenin rəhbərlik etdiyi Birləşmiş Ştatlar bizimlə ümumi maraqları güdür. Onlar bizə şəxsi sualtı qayıqlar və donanma ilə birlikdə təyyarədaşıyan gəmilər göndərdi. Lazımi döyüş sursatı isə göndərməkdə davam edir”.

Netanyahu Qəzzada HƏMAS tərəfindən saxlanılan israilli məhbusların azad edilməsinə dair razılaşmalarla bağlı yalan xəbərlərin olduğunu qeyd edərək, “Hazırda heç bir razılaşmanın olmadığını” və bir razılaşma olacağı təqdirdə bunu İsrail ictimaiyyəti ilə paylaşacaqlarını bildirib.