NATO Rumıniyada təlimlər keçəcək

nato-ruminiyada-telimler-kececek
Oxunma sayı: 611

NATO mayın 5-dən 24-dək Rumıniyada hava-desant təlimi keçirəcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Rumıniya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, NATO-nun 7 ölkəsindən və onların tərəfdaşlarından 5 min hərbi qulluqçu və 320 hərbi texnika cəlb olunacaq.

“Təlim çərçivəsində Almaniya, İspaniya, Niderland, Rumıniya, ABŞ və Fransadan 2 minə yaxın paraşütçünün iştirakı ilə İkinci Dünya müharibəsindən sonra Avropanın ən böyük hava-desant əməliyyatlarından biri həyata keçiriləcək”, - məlumatda bildirilib.