Aksiyada gürcü deputat xəsarət aldı

aksiyada-gurcu-deputat-xesaret-aldi
Oxunma sayı: 858

Gürcüstan parlamentinin “Vahid Milli Hərəkat” partiyasından olan deputatı Anna Tsitlidze “Xarici agentlər haqqında” qanun layihəsinə etiraz edənlərlə polis arasında toqquşma zamanı xəsarət alıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Mtavari Arkhi” telekanalı məlumat yayıb.

Nəşr qeyd edir ki, Tsitlidzenin Gürcüstan parlamentinin binasının girişində hüquq-mühafizə orqanlarının istifadə etdiyi bibər qazını udduğu iddia olunur.

Həkimlərin ona ilkin tibbi yardım göstərildiyi bildirilir.

Qeyd edək ki, Tbilisidə Gürcüstan parlamentinin binası yaxınlığında “Xarici agentlər haqqında” qanuna qarşı növbəti mitinq keçirilir.