ABŞ Konqresinin nümayəndə heyəti Ermənistandadır

abs-konqresinin-numayende-heyeti-ermenistandadir
Oxunma sayı: 2060

ABŞ Konqresinin nümayəndə heyəti ölkə rəhbərliyi ilə danışıqlar aparmaq üçün Ermənistana səfər edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı ABŞ-nin İrəvandakı səfirliyi yayıb.

Senator Cerri Pitersin rəhbərlik etdiyi nümayəndə heyəti Ermənistanın Baş naziri Nikol Paşinyan, parlamentin spikeri Alen Simonyan və digərləri ilə görüşlər keçirəcək. 

Bildirilir ki, danışıqlar zamanı Ermənistan-ABŞ arasında münasibətlərin, eləcə də regiondakı son vəziyyətin müzakirə edilməsi gözlənilir.