ABŞ-la hərbi toqquşmalarda 9 SEPAH üzvü ölüb

abs-la-herbi-toqqusmalarda-9-sepah-uzvu-olub
Oxunma sayı: 1928

“Bu günə qədər Fars körfəzində ABŞ və İran arasında birbaşa hərbi əməliyyatlar zamanı İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) 9 üzvü ölüb”.

“Qafqazinfo” xəbər verir ki, bunu SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin komandanı, general Əli Rza Tenqsiri “Mehr” agentliyinə verdiyi müsahibəsində söyləyib.

“ABŞ və SEPAH-ın Hərbi Dəniz Qüvvələri arasında dəfələrlə birbaşa toqquşmalar baş verib. Biz 9 SEPAH üzvünün həlak olduğu bu münaqişələrin bir neçəsini mediada işıqlandırmırdıq. Biz isə cavab olaraq 9 zərbə endirdik”, - deyə Tenqsiri bildirib.

Bununla belə, general sözügedən insidentlərin nə vaxt baş verdiyi barədə detalları açıqlamayıb.