ABŞ-nin qırıcıları İraq və İordaniya səmasındadır - Yenilənib

abs-nin-qiricilari-iraq-ve-iordaniya-semasindadir
Oxunma sayı: 4690

İordaniya bölgədə artan təhlükələr səbəbilə hava məkanının müvəqqəti olaraq bütün uçuşlar üçün bağladığını açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu haqda ökənin rəsmi agentliyi “PETRA” məlumat yayıb.

Xəbərə görə, İordaniya Mülki Aviasiya Tənzimləmə Qurumunun verdiyi açıqlamada İordaniya hava sahəsinin yerli vaxtla saat 23.00-dan etibarən bütün gələn, gedən və tranzit uçuşlara müvəqqəti bağlanacağı açıqlanıb.

Açıqlamada, bu tətbiqetmənin inkişaflara uyğun olaraq yenilənəcəyi və yoxlanılacağı qeyd olunub.

İranın İsrailə qarşı həyata keçirdiyi pilotsuz təyyarə hücumlarından sonra İraq da hava məkanını bağladığını açıqlayıb.

***

“Əl-Qahirə əl-İxbariyyə” telekanalının yaydığı xəbər görə, ABŞ Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələri İranın PUA-larını ələ keçirmək üçün İraq və İordaniya səmasındadır.