ABŞ-nin sabiq maliyyə naziri “TikTok”u almaq istəyir

abs-nin-sabiq-maliyye-naziri-tiktoku-almaq-isteyir
Oxunma sayı: 2389

ABŞ-nin sabiq maliyyə naziri Stiven Mnuçin “TikTok” sosial şəbəkəsini almaq üçün investorları birləşdirməyi təklif edib.

“Qafqazinfo” xəbər verir ki, o, bu barədə “NBC” televiziyasına danışıb.

O, həmçinin “TikTok”u qadağan edə biləcək bir qanun layihəsinin qəbulunu da istisna etməyib.

“TikTok”satılmalıdır. Bu, əla biznesdir və mən “TikTok”u almaq üçün qrup yaratmağı planlaşdırıram”, - o bildirib.