“Azərbaycanla qarşılıqlı faydalı tərəfdaşlıq qurmuşuq”

azerbaycanla-qarsiliqli-faydali-terefdasliq-qurmusuq
Oxunma sayı: 1541

“Bu gün Azərbaycanın NATO-nun tərəfdaşı olmasının 30 ili tamam olur. O vaxtdan bəri biz fəal siyasi dialoq və praktiki əməkdaşlıq vasitəsilə qarşılıqlı faydalı tərəfdaşlıq qurmuşuq”.

“Qafqazinfo” xəbər verir ki, bunu NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya regionu üzrə Xüsusi Nümayəndəsi Xavier Kolomina “X” hesabında yazıb.

“Xüsusilə Azərbaycanın NATO missiyalarına, enerji təhlükəsizliyinə və iqlim dəyişikliyinə töhfələrini alqışlayırıq”, - o qeyd edib.