“ABŞ qeydiyyatsız dərmanları afrikalılar üzərində sınaqdan keçirir” - Rusiya

abs-qeydiyyatsiz-dermanlari-afrikalilar-uzerinde-sinaqdan-kecirir
Oxunma sayı: 1845

"Pentaqon tabeliyində olan bioloji laboratoriyalar vasitəsilə qeydiyyatsız dərmanları Afrika qitəsi ölkələrinin yerli əhalisi üzərində sınaqdan keçirir".

“Qafqazinfo” xəbər verir ki, bunu Rusiya Silahlı Qüvvələrinin Radiasiya, Kimyəvi və Bioloji Mühafizə Qoşunlarının rəisi general-leytenant İqor Kirillov deyib.

Onun sözlərinə görə, bu məlumatı əks etdirən sənəd Ukrayna bioloji laboratoriyalarının birində tapılıb:

"Ukraynada tapılan sənədlər bunu sübut edir".