ABŞ Ukraynaya yeni hərbi yardım paketi ayırıb

abs-ukraynaya-yeni-herbi-yardim-paketi-ayirib
Oxunma sayı: 1063

ABŞ Prezidenti Co Baydenin administrasiyası Ukraynaya 425 milyon dollar məbləğində yeni hərbi yardım paketinin ayrıldığını açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Pentaqon məlumat yayıb.

Paketə müxtəlif döyüş sursatları, o cümlədən “Stinger”, “HIMARS”, “TOW” və “Javelin” raketləri, 155 və 105 mm-lik artilleriya mərmiləri, əks-dron avadanlığı, “Stryker” zirehli personal daşıyıcıları, atıcı silahlar, tibbi avadanlıqlar və əvvəllər tədarük edilmiş avadanlıqlar üçün ehtiyat hissələri daxildir.