ABŞ və Türkiyə F-35 ilə bağlı məsləhətləşmələr apardı

abs-ve-turkiye-f-35-ile-bagli-meslehetlesmeler-apardi
Oxunma sayı: 1707

Türkiyənin sentyabrın 23-də yekunlaşan F-35 proqramından çıxarılmasından qaynaqlanan anlaşılmazlıqları müzakirə etmək üçün amerikalı heyət Ankarada Türkiyənin Milli Müdafiə Nazirliyindən məsul şəxslərlə təmasda olub.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Pentaqon məlumat yayıb. Bildirilib ki, müzakirələr məhsuldar keçib və nümayəndə heyətləri qarşıdakı aylarda Vaşinqtonda yenidən bir araya gəlməyi planlaşdırır. 

Xatırladaq ki, Ankara 100 ədəd Lockheed Martin F-35 sifariş versə də, Türkiyənin S-400 almasından sonra ABŞ Türkiyəni proqramdan çıxarmışdı. 

Prezident Rəcəb Tayyib Ərdoğan F-35-lərin tədarükü üçün ödənilən 1,5 milyard dolları geri almaq niyyətində olduqlarını bəyan etmişdi.