ABŞ-nin ABC telekanalı və “Washington Post” nəşri tərəfindən 2024-cü il prezident seçkiləri ilə bağlı ölkə vətəndaşları arasında sorğu aparılıb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, sorğu iştirakçılarının 51 faizi ABŞ-nin sabiq Prezidenti Donald Trampı dəstəkləyib.
Hazırkı ABŞ rəhbəri Cozef Bayden isə sələfindən 9 bal geri nəticə əldə edərək 42 faiz səs alıb.
Qeyd edək ki, fevral ayında keçirilən analoji sorğuda Trampa dəstək 48 faiz, Baydenə isə 45 faiz olaraq qeydə alınıb.
Son xəbərlər
Son Xəbərlər