ABŞ Yaxın Şərqdə yeni eskalasiya ilə bağlı xəbərdarlıq edib

abs-yaxin-serqde-yeni-eskalasiya-ile-bagli-xeberdarliq-edib
Oxunma sayı: 1192

“İsrail və Livan sərhədində quru döyüşləri başlasa, münaqişə cilovlanması çətin olacaq gərginlik mərhələsinə keçə bilər”.

“Qafqazinfo” “Reuters”ə istinadən xəbər verir ki, bunu ABŞ-nin xüsusi nümayəndəsi Amos Hokşteyn deyib.

O bu barədə Livanın Hizbullah qruplaşması ilə İsrail arasında döyüşlərə son qoymaq üçün diplomatik səylər çərçivəsində Beyruta bir günlük səfəri zamanı bildirib.