Adel yaradıcılığına fasilə verəcək

adel-yaradiciligina-fasile-verecek
Oxunma sayı: 1934

Britaniyalı müğənni Adel səhnə fəaliyyətinə fasilə vermək qərarına gəlib.

Bu barədə “Qafqazinfo” “Daily Mail”ə istinadən xəbər verir.

İfaçı bu addımı elmi fəaliyyəti ilə əlaqədar atdığını bildirib: “İngilis ədəbiyyatı üzrə dərəcə almaq istəyirəm. Və əgər ifaçılıqda uğur qazanmasaydım, o zaman dəqiq müəllim olardım”.

Adelin sözlərinə görə, onun ali təhsil müəssisəsinə qəbul olunmaq fikri yoxdur, kvalifikasiya almaq üçün repetitorla məşğul olacaq: “Düşünmürəm ki, daha sonra ixtisasım üzrə işləyim. Amma indi heyifsilənirəm ki, daha əvvəl universitetə qəbul olmamışam. Bu təcrübəni almaq istəyirəm”.