ADY ictimai nəqliyyatın üzərinə düşən yükün böyük bir hissəsini qarşılayır

ady-ictimai-neqliyyatin-uzerine-dusen-yukun-boyuk-bir-hissesini-qarsilayir
Oxunma sayı: 2085

Bu gün Sumqayıtdan saat 08:10-da çıxan 6010 saylı Sumqayıt-Xırdalan-Bakı elektrik qatarının havalandırma sistemində texniki problem yaranıb. Bu səbəbdən qatarda kondisioner işləməyib.

Bu barədə “Qafqazinfo”ya “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib.

Bildirilib ki, hazırda nasazlığın aradan qaldırılması istiqamətində işlər görülür:

“15 sentyabr tarixindən şəhərətrafı ictimai nəqliyyat olaraq sürət elektrik qatarları ilə təhlükəsizlik qaydalarının müəyyən etdiyi hədd çərçivəsində gündəlik təxminən 30 minə yaxın sərnişin daşıyırıq. Biznes vaqondan ekonom vaqon kimi istifadə, yeni tədris ilinin başlanması ilə əlaqədar qrafikin optimallaşdırılması gündəlik olaraq əlavə 4 minə yaxın sərnişinin qatarlarımızla mənzil başına çatdırılması üçün imkan yaradır ki, bu da pik saatlarda sərnişindaşımada sıxlıqların müşahidə olunmasına səbəb olur. Sərnişin sıxlığı səbəbindən stansiyalarda minib-düşmə zamanı yubanmalar yaşanır və bəzi hallarda qatarlar Bakı Dəmiryol Vağzalına 3-5 dəqiqə arası gecikmə ilə çata bilir”, - məlumatda qeyd edilib.