Ağ Ev bu gün ABŞ və Ukrayna arasında Səudiyyə Ərəbistanında keçirilən görüşün müsbət nəticələndiyini açıqlayıb.
“Qafqazinfo” “SkyNews”a istinadən xəbər verir ki, bu haqda Ağ Evin mətbuat katibi Kerolayn Levitt Ciddədə keçirilən danışıqlarla bağlı sualları cavablandıran zaman danışıb.
O qeyd edib ki, gün ərzində bu görüşdən alınan xəbərlər müsbət olub, görüş isə məhsuldar keçib.