Ağ Ev Maskla bağlı iddiaları “zibil” adlandırdı

ag-ev-maskla-bagli-iddialari-zibil-adlandirdi
Oxunma sayı: 1637

Ağ Ev İlon Maskın hökumət vəzifəsini tərk edəcəyi ilə bağlı xəbərləri təkzib edib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Ağ Evin mətbuat katibi Kerolayn Livit açıqlama verib.

Hökumət rəsmisi iddiaları “zibil” adlandırıb:

“Bu, tamamilə zibildir”.

Onun sözlərinə görə, Mask və Tramp açıq şəkildə bəyan ediblər ki, milyarderin dövlət işçisi statusu onların DOGE-də (Hökumət Effektivliyi Departamenti) qanunsuz işləri tamamlayana qədər davam edəcək.