“İranın raket buraxılış qurğularının 60%-i məhv edilib”

iranin-raket-buraxilis-qurgularinin-60-i-mehv-edilib
Oxunma sayı: 1610

ABŞ və İsrail İranın bütün raket buraxılış qurğularının və hava hücumundan müdafiə sistemlərinin 60%-ni məhv ediblər.

“Qafqazinfo” xəbər verir ki, bu iddia ilə İsrailin “I24” telekanalı adı açıqlanmayan mənbələrə istinadən çıxış edib. 

Bildirilir ki, bu məlumatlar İsrailin təhlükəsizlik kabinetinin martın 5-i axşam saatlarında keçirilmiş iclasında səsləndirilib. Telekanalın təhlükəsizlik sahəsindəki mənbələrinin sözlərinə görə, İsrail hərbçiləri əməliyyatın gedişindən və ABŞ ilə koordinasiyalı fəaliyyətdən razıdırlar.

Bundan əlavə, iddia olunur ki, İsrail qoşunları İrandakı hədəflərə azı daha bir həftə ərzində aktiv şəkildə zərbələr endirməyi planlaşdırır. Bundan sonra isə hücumların intensivliyinin azalacağı gözlənilir.