Bakının Nərimanov rayonunda iri ağac gövdəsi minik avtomobilinin üstünə aşıb.
“Qafqazinfo”nun məlumatına görə, hadisə Həsənoğlu küçəsinin Heydər Əliyev Prospektinə çıxış hissəsində qeydə alınıb.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsənin baş inspektoru Araz Əsgərli bildirib ki, ağacın aşması nəticəsində yolun bir hissəsində hərəkət dayanıb:
“Əraziyə polis əməkdaşları cəlb olunub, müvafiq qurumlara hadisə ilə bağlı məlumat verilib”.
***
Baş verən fəsad Bakı şəhər yaşıllaşdırma təsərrüfatı birliyinin əməkdaşları tərəfindən dərhal aradan galdırılıb.






Son xəbərlər
Son Xəbərlər