Ağdamda iki minik avtomobilinin toqquşması nəticəsində ər və arvad xəsarət alıb.
“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Bənövşələr qəsəbəsi ərazisində qeydə alınıb.
Məlumata görə, hərəkətdə olan “Toyota” markalı avtomobil “VAZ-2107” markalı nəqliyyat vasitəsi ilə toqquşub. Qəza nəticəsində “VAZ” markalı avtomobilin sürücüsü və həyat yoldaşı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar dərhal Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
***
Ağdamda baş verən qəzada xəsarət alanların kimliyi məlum olub.
Məlumata görə, “VAZ-2107” markalı avtomobilin sürücüsü rayonun Sarıcalı kənd sakini 52 yaşlı Mehdiyev Taleh Camal oğlu və onun həyat yoldaşı, 42 yaşlı Mehdiyeva Aliyə Cəmil qızıdır.
Ziya Əmirxanlı
Son xəbərlər
Son Xəbərlər