Ağdamda Heydər Əliyevin xatirəsi yad edildi - Fotolar

agdamda-heyder-eliyevin-xatiresi-yad-edildi
Oxunma sayı: 324

Ötən gün Ağdam rayonunda Ümummilli lider Heydər Əliyevin vəfatının 22-ci ildönümü ilə əlaqədar xatirəsi anılıb.

“Qafqazinfo” xəbər verir ki, anım mərasimində Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, Aparatın əməkdaşları, Yeni Azərbaycan Partiyası Ağdam Rayon Təşkilatının sədri Mansur Quliyev, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyət nümayəndələri və rayon sakinləri iştirak ediblər.

İştirakçılar səhər saatlarından başlayaraq Ümummilli lider Heydər Əliyevin mərkəzi meydanda ucaldılmış abidəsi önünə gül dəstələri düzüb, ruhuna ehtiramlarını ifadə ediblər. 

Həmçinin Ağdam Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Ağdam Rayon Təşkilatının təşkilatçılığı ilə rayonun Çəmənli kəndində yerləşən Seyid Lazım Ağa ziyarətgahında, Xındırıstan kəndində yerləşən Xındırıstan kənd məscidində və Quzanlı qəsəbəsində yerləşən mərasim evində Ulu öndər Heydər Əliyevin vəfatının 22-ci ildönümü münasibətilə ehsan süfrələri təşkil olunub.