Ağdamda kişi həyat yoldaşını balta ilə yaraladı - Yenilənib

agdamda-kisi-heyat-yoldasini-balta-ile-yaraladi
Oxunma sayı: 1009

Ağdam rayonunda ailə-məişət zəminində ağır cinayət hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Mahrızlı kəndində qeydə alınıb.

Belə ki, kənd sakini Ceyhun Ağali oğlu Salahov həyat yoldaşı Gülzəndə Abbas qızı Salohovaya balta ilə çoxsaylı xəsarətlər yetirib.

Yaralı təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya çatdırılıb. Həkimlərin verdiyi məlumata əsasən, onun vəziyyəti ağır qiymətləndirilir.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

***

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Bərdə regional  qrupundan bildirilib ki, polis əməkdașlarının keçirdikləri tədbir zamanı cinayət əməlini törədən zərərçəkmişin həyat yoldaşı Ceyhun Salahov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Ziya Əmirxanlı