Ağdamda nə qədər ərazi minalardan təmizlənib?

agdamda-ne-qeder-erazi-minalardan-temizlenib
Oxunma sayı: 2219

Ağdam rayonunun işğaldan azad edilən ərazilərinin mina və partlamamış sursatlardan təmizlənməsi prosesi davam edir.

"Qafqazinfo" xəbər verir ki, Ağdam rayon İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, artıq rayonun işğaldan azad edilmiş 2941,41 hektarı partlayıcı maddələrdən tam təmizlənib.

Həmin ərazilərin 2 min 190,5 hektar sahəsi şumlanıb. Şumlanan ərazilərin hamısına buğda əkilib.