Ağdamda sahədə soğan əkən traktorçu minaya düşüb.
“Qafqazinfo”nun məlumatına görə, hadisə rayonun Çəmənli kəndi ərazisində baş verib.
Belə ki, kənd sakini Məlik Məmmədov iş başında minaya düşüb.
Yaralı Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma başlanıb.
***
Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri Ağdamdakı mina hadisəsi ilə bağlı birgə məlumat yayıblar.
Bildirilib ki, işğaldan azad edilmiş Ağdam rayonunun Çəmənli kəndi ərazisində 2025-ci il 17 dekabr tarixində saat 22:00 radələrində mina hadisəsi baş verib.
1982-ci il təvəllüdlü Sarıcalı kənd sakini Məmmədov Qədir Malik oğlu keçmiş təmas xəttində minalardan təmizlənməmiş ərazidə traktorla yer şumlayarkən tank əleyhinə mina partlayışı nəticəsində xəsarət alıb.
Xəsarət alan şəxs xəstəxanaya təxliyə edilib.
Faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.
ANAMA, AR DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, çəpərləmə fəaliyyəti aparılan ərazilərə müdaxilə etməməyə çağırıb.
***
Ötən gecə Ağdamın Çəmənli kəndi ərazisində sahədə işləyərkən minaya düşən traktorçu Məmmədov Məlik Qədir oğlu Ağdam xəstəxanasında ilkin müayinə və müalicə edilib. Daha sonra Mingəçevir şəhərində yerləşən hospitala göndərilib.
Ziya Əmirxanlı
Son xəbərlər
Son Xəbərlər