Ağdamın icra başçısı Vətən müharibəsi qazisi ilə görüşdü - Fotolar

agdamin-icra-bascisi-veten-muharibesi-qazisi-ile-gorusdu
Oxunma sayı: 1728

Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov 44 günlük Vətən müharibəsində böyük şücayət göstərmiş, Ağdam rayonunun Papravənd kəndindən məcburi köçkün, hazırda Sumqayıt şəhərində yaşayan I qrup əlil Əliyev Vidadi Rizvan oğlu ilə görüşüb.

"Qafqazinfo" xəbər verir ki, görüş zamanı RİH başçısı Vaqif Həsənov Vidadi Əliyevin səhhəti və qayğıları ilə maraqlanıb. Vidadi Əliyev ona Prezident İlham Əliyev tərəfindən yaşayış evi və minik avtomobili verilməsi ilə əlaqədar razılığın bildirib, Şəhid ailələrinin və qazilərin daim dövlət başçısı İlham Əliyevin diqqət mərkəzində saxlanılmasından məmnunluğunu ifadə edib.

Vaqif Həsənov Vidadi Əliyevə təqdim olunmuş evin əşyalarının alınması üçün birdəfəlik maddi köməklik göstərib.

Qeyd edək ki, Vidadi Əliyev Prezidentin müvafiq sərəncamları ilə “Füzuli və Cəbrayıl rayonlarının işğaldan azad olunmasına görə” medalları ilə təltif edilib.