Ağdərədə dağlıq ərazidə yanğın olub - Video

agderede-dagliq-erazide-yangin-olub
Oxunma sayı: 926

Ağdərə rayonunun Ortatağ kəndində mürəkkəb relyefli dağlıq ərazidə yanğın baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hadisə ilə bağlı FHN-nin “112” qaynar telefon xəttinə daxil olan məlumatla əlaqədar dərhal əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Relyefin mürəkkəbliyinə baxmayaraq, yanğınsöndürənlər tərəfindən həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində quru ot və kol-kosdan ibarət sahədə baş vermiş yanğın daha geniş əraziyə yayılmasına imkan verilmədən söndürülüb.

Yaxınlıqdakı yaşayış evləri və meşə zolağı yanğından mühafizə olunub.