Ağır atletika üzrə Azərbaycan birincilikləri tarixində yeni rekordlar qeydə alındı

agir-atletika-uzre-azerbaycan-birincilikleri-tarixinde-yeni-rekordlar-qeyde-alindi
Oxunma sayı: 1294

May ayının 25-27-də Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasında keçirilən yeniyetmələr arasında ağır atletika üzrə Azərbaycan birinciliyində yeni rekord qeydə alınıb.

“Qafqazinfo” xəbər verir ki, yarışda iştirak üçün ölkənin bütün şəhər və rayonlarından idman cəmiyyətləri, klubları, mərkəzləri təmsil edən rekord sayda – 124 atlet (onlardan 21 nəfəri qadın) körpücük üzərinə çıxıb.

Bununla yanaşı, çəkisi 81 kq-a qədər olan atletlərin mübarizəsində Ravin Alməmmədov fərqlənib. Onun bu çəki dərəcəsində birdən qaldırmada ram etdiyi 136 kq yeniyetmələr arasında, təkanla qaldırmadakı 171 kq və toplamdakı 307 kq nəticəsi isə həm yeniyetmələr, həm də gənclər arasında Azərbaycan birinciliklərinin rekordlarıdır.