“Onlar insanları yeyirlər...” - Özündən xəbər olmasa da, videosu yenidən viral oldu

onlar-insanlari-yeyirler
Oxunma sayı: 2385

Bir müddətdir ki, dünya gündəmini zəbt edən “Epşteyn işi” ilə bağlı, demək olar ki, hər gün yeni faktlar və görüntülər üzə çıxır.

“Qafqazinfo” xəbər verir ki, bu materiallar keçmişdə baş vermiş bir çox hadisələri yenidən gündəmə gətirib.

Onlardan biri də 21 yaşlı meksikalı model Qabriela Riko Himenezlə bağlı hadisədir. Belə ki, 2009-cu ilin avqustun 3-də Meksikanın Monterrey şəhərində Qabriela adlı gənc qız cırılmış geyimdə “Fiesta Inn” adlı dəbdəbəli bir hotelin qarşısına çıxaraq emosional şəkildə qışqırmağa başlamışdı. O, Meksikanın ən varlı insanları da daxil olmaqla, “Epşteyn sənədləri”ndə adı çəkilən bir çox nüfuzlu şəxslərə qarşı ittihamlar irəli sürürdü.

Qabriela onların yeraltı bazada yaşadığını, uşaqları qaçırdığını və insan əti yediyini iddia edirdi: “Onlar insanları yeyirlər. Mən bunu bilmirdim. Qətllər barədə heç nə bilmirdim. Amma onları insanları yeyirlər!”

Kameralara düşən bu çıxışından sonra polis əməkdaşları gənc qızı həbs edib və o, bir daha ictimaiyyət arasında görünməyib. Həmin vaxt hadisənin şahidi olmuş bir şəxs isə Qabrielanın həbs edildikdən az sonra “hündürboy, səliqəli geyimli” bir neçə şəxs tərəfindən aparıldığını iddia edib.

Qabriela hekayəsi sirr olaraq qalmaqdadır. Onun psixi vəziyyəti, motivləri və itkin düşməsi hələ də suallar doğurur, lakin “Epşteyn işi” ilə əlaqədar açıqlanan sənədlər Qabriela Riko Himenezin ittihamlarının heç də əsassız olmadığını təsdiq edir.

2019-cu il tarixli elektron yazışmasında milyarder Ceffri Epşteynin qurbanlarından daha biri də xüsusi təşkil edilən əyləncə gecələrinin iştirakçısı olan elit təbəqə nümayəndələrinin insanlara ağlasığmaz işgəncələr verdiyini və insan əti yediklərini iddia edib.

Xatırladaq ki, C.Epşteyn ABŞ Ədliyyə Departamentinin cinsi istismar, pedofiliya və fahişəlik şəbəkəsi yaratmaq ittihamları ilə həbs olunmuş və 2019-cu ildə həbsxanada ölü tapılmışdı.

İllər sonra yenidən geniş yayılan həmin görüntüləri təqdim edirik: