Ağstafada qatar vuran kişi ölüb

agstafada-qatar-vuran-kisi-olub
Oxunma sayı: 919

Ağstafa rayonunda bədbəxt hadisə baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Poylu kəndində qeydə alınıb.

Hərəkətdə olan qatar kənd sakini, 1957-ci il təvəllüdlü Camal Məmişovu vurub. O, aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

Araşdırma aparılır.