Ağsuda 26 yaşlı qadın dəm qazından zəhərlənib.
“Qafqazinfo”nun məlumatına görə, rayonun Qaraqaşlı kənd sakini 1997-ci il təvəllüdlü Məmmədova Gülnar Məmmədağa qızı zəhərlənmə əlamətləri ilə Ağsu Rayon Mərkəzi xəstəxanasına daxil olub.
Müayinə zamanı Gülnar Məmmədovanın yaşadığı evin hamam otağında dəm qazından zəhərləndiyi məlum olub.
Xəstəxanada xəstəyə lazımi tibbi yardım göstərilib, vəziyyətinin stabil olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.