Aİ Ermənistana yenidən müşahidə missiyası göndərəcək - Yenilənib

ai-ermenistana-yeniden-musahide-missiyasi-gonderecek
Oxunma sayı: 4009

12:03

“Bu gün Brüsseldə Avropa İttifaqına üzv ölkələrin XİN rəhbərlərinin görüşündə Ermənistana yeni müşahidə missiyasının göndərilməsi barədə qərar qəbul ediləcək”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Aİ-nin yüksəkvəzifəli nümayəndəsinə istinadən Rusiya mediası yayıb.

Xatırladaq ki, “Azadlıq radiosu”nun erməni xidmətinin yaydığı məlumata görə, Aİ Ermənistana 2 il müddətinə yeni müşahidə missiyası göndərmək niyyətindədir.

16:27

Avropa İttifaqı Şurasının məlumatına görə, Aİ-yə üzv ölkələrin XİN rəhbərləri Ermənistanda mülki missiyanın yaradılmasını razılaşdırıb.

Bildirilir ki, missiyanın əsas tapşırığı Ermənistanın sərhəd rayonlarında etimadın artırılması, Ermənistan-Azərbaycan arasında münasibətlərin normallaşdırılması üçün şərtlərin yaradılması olacaq. 

“Sputnik Ermənistan” yazır ki, missiyanın müddəti 2 il təşkil etməklə operativ qərargahı Ermənistanda yerləşəcək. Mülki əməliyyatlara rəhbər olaraq isə Aİ-nin mülki əməliyyatlar üzrə komandanı Stefano Tomat təyin edilib. Yaxın zamanlarda Avropa İttifaqı missiyaya rəhbərlik edəcək şəxsi təyin edəcək. Sözügedən şəxs isə yerlərdə əməliyyatlara başçılıq edəcək. 

Fotoda Stefano Tomat