Böyük Britaniyanın maliyyə naziri Con Hili parlamentdə yeni büdcə paketini elan etdikdən dərhal sonra bara gedərək spirtli içki içib.
“Qafqazinfo” xəbər verir ki, nazirin alkoqol vergisini qaldırdığı gün paba üz tutması və bu anları nümayişkaranə şəkildə qeyd etməsi ölkədə böyük narazılıq doğurub.
Xəzinədarlıq əməkdaşlarının alqışları fonunda “Two Chairmen” pabına daxil olan Con Hili qırmızı qalstukunu çiyninə ataraq bir qədəh pivəni birnəfəsə başına çəkib və boş stəkanı başının üzərində çevirib. Həmin anların görüntüləri sosial şəbəkələrdə paylaşıldıqdan sonra yerli mətbuatın və vətəndaşların kəskin etirazına səbəb olub.
Nazirin bu addımı məhz spirtli içkilərə tətbiq olunan rüsumların yüksəldilməsi fonunda baş verib. Yeni büdcə qaydalarına əsasən, bir pint pivəyə tətbiq edilən vergi 50 pensdən 52 pense qaldırılır. Pab sahibləri və pivə sənayesi nümayəndələri artan xərclərdən narahatlıqlarını bildiriblər.
Hökumət yeni büdcə paketi çərçivəsində pablar, klublar və canlı musiqi məkanlarına vergi güzəştləri, həmçinin kiçik pivə istehsalçılarına illik 10 milyon funt-sterlinqlik dəstək nəzərdə tutsa da, alkoqol vergisinin artırılması narazılığı azaltmayıb.
Son xəbərlər
Son Xəbərlər