Aİ-nin Bakıdakı vəzifəli şəxsi 1 milyon mənimsəyib

ai-nin-bakidaki-vezifeli-sexsi-1-milyon-menimseyib
Oxunma sayı: 3775

Avropa İttifaqının ölkəmizdəki Nümayəndəliyinin vəzifəli şəxsi barəsində olan cinayət işi məhkəməyə göndərilib.

“Qafqazinfo” Baş Prokurorluğun Mətbuat xidmətinə istinadən xəbər verir ki, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin müraciəti əsasında həmin qurumun mühasibinin qanunsuz əməlləri ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış cinayət işinin istintaqı yekunlaşıb.

İstintaqla Zərifə Abbasovanın 2017-2022-ci illər ərzində həmin vəzifədə işləyərkən Nümayəndəliyin bank hesabında olan pul vəsaitlərini nağdlaşdırması, habelə saxta ödəniş tapşırıqları vasitəsilə müxtəlif vaxtlarda vəsaitləri öz əmək haqqı kartına köçürərək sözügedən təşkilata məxsus 980 min manatdan artıq pulu mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.

Zərifə Abbasovaya Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilərək cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.